AZ

Azərbaycan Rusiyadan şokolad idxal edən ilk 10 ölkə sırasına daxil oldu

2025-ci ilin ilk dörd ayında Rusiya ən çox şokoladı Qazaxıstan, Azərbaycan və Özbəkistana satıb, Çin və Almaniya da həmçinin ilk onluğa daxil olublar.

Valyuta.az "RBC"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin "Comtrade" platformasının məlumatlarında qeyd olunub.

Rusiyadan şokoladın əsas idxalçısı Qazaxıstan olub - yanvar-aprel aylarında bu ölkəyə tədarük 78.3 milyon dollar təşkil edib. İkinci yerdə olan Azərbaycana tədarük təxminən üç dəfə az - 23.4 milyon dollar qiymətləndirilir. Sonrakı yerləri Özbəkistan (21.4 milyon dollar), Qırğızıstan (14.7 milyon dollar) və Gürcüstan (8 milyon dollar) tutur.

Çin 7,4 milyon dollarlıq idxalla Rusiya şokoladının altıncı ən böyük alıcısı olub. Sonrakı yerləri Ermənistan, Serbiya və Moldova tutur, Almaniya isə 2,1 milyon dollarla bu siyahını tamamlayır.

©Oxu.az 

Seçilən
2
2
valyuta.az

3Mənbələr