“Qarabağ”dan ayrılan Redon Cica sosial şəbəkə hesabında vida paylaşımı edib.

Offsideplus.az xəbər verir ki, o, Ağdam təmsilçisinə hər şeyə görə təşəkkürünü bildirib: “2 il yarımdan sonra vidalaşmaq vaxtıdır. Mən heyətə, meydançanı və soyunub-geyinmə otağını bölüşdüyüm oyunçulara, dostluq münasibətləri qurduğum insanlara təşəkkür etmək istəyirəm. Həm oynayanda, həm də oynamayanda məni hər zaman dəstəkləyən ən yaxşı azarkeşlərə təşəkkür etmək istəyirəm.

Sizə ən yaxşısını arzulayıram və sizin bir parçanız olmaq mənim üçün xoş idi. Təşəkkürlər, Qarabağ”.

Qeyd edək ki, Redon Cica Əlcəzairin “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub.

2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub.