AZ

Mahiri bu dəfə təpiklə dayandırdılar... - qol vurdu və zədələndi!

Mahir Emreli "Kayzerslautern"in heyətində növbəti yoxlama oyununa çıxıb.

"Football-plus.az" klubun saytına istinadla xəbər verir ki, Almaniyanın 2-ci bundesliqa təmsilçisi yeni mövsüm üçün hazırlıq prosesi çərçivəsində İngiltərənin 4-cü liqa klubu "Notts Kaunti" ilə qarşılaşıb. Matç həmyerlimizin komandasının 4:0 hesablı qələbəsiylə başa çatıb. Mahir 1400 azarkeşin tribunadan izlədiyi qarşılaşmada “qırmızı iblislər”in üçüncü qolunu vurub.

Klub saytı Mahirin inamlı oyunu və performansıyla bağlı müsbət məqamlardan bəhs etməklə yanaşı, 1-ci hissənin başa çatmasına az qalmış zədələndiyini də açıqlayıb! Buna rəqibin heyətində çıxış edən Barri Kotterin onun topuğuna təpik zərbəsi endirməsi səbəb olub. Rəqib qırmızı vərəqə ilə cazalandırılıbsa, dərhal tibbi müdaxilə edilən həmyerlimiz meydandan çıxmalı olub.

Hər halda, Emrelinin zədəsi ağır deyil. Onun sağalması üçün bir neçə gün vaxt lazım olacaq.

Xatırladaq ki, Mahir əvvəlki yoxlama oyunlarında iki qola imza atmışdı.

KƏNAN BAHADIR

Seçilən
60
football-plus.az

1Mənbələr