Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın oğlanlardan ibarət U-16 basketbol millimiz Avropa çempionatını 5-ci yerdə bitirib.
Hafta.az xəbər verir ki, komandamız bu gün C divizionunda sonuncu oyununu keçirib.
Yeniyetmə basketbolçularımız 5-ci yer uğrunda oyunda Moldova seçməsi ilə qarşılaşıb. Görüş yığmamızın qələbəsi ilə yekunlaşıb - 79:72.