AZ

600-ə yaxın həvəskar atlet “Shahdag Running Fest” qaçış yarışında qələbə üçün mübarizə apardı

QUSAR, 13 iyul. TELEQRAF

İyulun 13-də Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının dəstəyi və Şahdağ Turizm Mərkəzinin və Race.az-ın təşkilatçılığı ilə “Shahdag Running Fest” qaçış yarışı keçirilib.

Teleqraf-ın"Şahdağ" Turizm Mərkəzinə ezam olunan əməkdaşı xəbər verir ki, yarışda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Pakistan, Küveyt, Ukrayna Birləşmiş Krallıq, Avstriya ölkələrindən 600-ə yaxın həvəskar atlet iştirak edib.

İdmançılar 53, 27 və 9 km-lik məsəfələr üzrə yarışaraq birincilik uğrunda mübarizə aparıblar.

Yarışın sonundaqadınlar arasında 9 km-lik məsafə üzrə I yerdə Məmmədbəyova Arzu (Azərbaycan), II yerdə Şetinina Yelena (Azərbaycan), III yerdə isə Mayorova Alyona (Qazaxstan) qərarlaşıb. 27 km-lik məsafədə I yerdə Qəribova Nəzrin (Azərbaycan), II yerdə Yusupova Anna (Azərbaycan), III yerdə Nistl Simone (Avstriya), 53 km-lik məsafədə isə I yerdə Vallek Natalya (Azərbaycan), II yerdə Abdinova Leyla (Azərbaycan), III yerdə Həsənova Emiliya (Azərbaycan) qərarlaşıb.

Kişilər arasında hər üç məsafədə yarışların qalibləri Azərbaycanlı atletlər olub.

Belə ki, 9 km-lik məsafədə I yerdə Mikayilzadə Musa, II yerdə Zalıyev Nəcməddin, III yerdə isə Qalabağıyev Nəbiulla qərarlaşıb. 27 km-lik məsafədə I yerdə Quliyev Faqət, II yerdə Qalabağıyev Nasrulla, III yerdə Xeyirov Rauf, 53 km-lik məsafədə isə I yerdə Əliyev Ağa, II yerdə Askarov Elmir, III yerdə Rzayev Rasim qərarlaşıb.

Sonda qaliblər təşkilatçılar tərəfindən medallar və müxtəlif hədiyyələrlə təltif olunublar.

Seçilən
21
2
teleqraf.com

3Mənbələr