Ağdaşda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb. Kanalda çimmək istəyən yeniyetmə boğulub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağdaşın Ləki qəsəbəsində qeydə alınıb.
Ağdaş rayon sakini, 14 yaşlı Murad Bakirli su kanalında çimərkən batıb. Ətrafdakılar xəbər tutandan sonra yaxınlarını çagırsalar da, artıq gec olub.
Qonşuların dediyinə görə, Murad evin yeganə oğlu olub.
O, Ləki qəsəbə 6 nömrəli məktəbin 8-ci sinif şagirdi idi.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.