AZ

"Fənərbağça"nın ulduzu 3 klubdan təklif aldı

"Fənərbağça"nın mərakeşli hücumçusu Yusuf Əl Nəsriyə təkliflər gəlməyə davam edir.

Fanat.Az xəbər verir ki, futbolçu ilə "Əl Hilal" , "Əl Şəbab" və "NEOM" yaxından maraqlanır.

Bu barədə məlumatı "Aspor" yayıb.

Xəbərdə bildirilir ki, danışıqlar davam etsə də "Fənərbağça" astronomik bir təklif gəlmədiyi müddətdə futbolçunun transferinə razılıq verməyəcək.

Qeyd edək ki, Əl Nəsri ötən mövsüm "sarı-lacivərdlilər"in heyətində 34 matçda 20 qol 6 asistlə yadda qalıb.

Kamil Xudiyev

Seçilən
8
fanat.az

1Mənbələr