Triatlon üzrə Azərbaycan millisinin üzvləri ilk dəfə triatlon üzrə Avropa Yeniyetmələr Kubokunda iştirak ediblər.
İdman.biz xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovda keçirilən ənənəvi yarışda 34 oğlan və 20 qız idmançı qüvvəsini sınayıb.
Azərbaycan idmançılarından ən yüksək nəticəni 17-ci yeri tutan Leyla Abduləzizova göstərib. Digər yeniyetmə triatlonçularımız Əli Rzazadə (22-ci yer), Tamerlan Musayev (26), Səid Əzimov (29), Teymur Cəfərov (30) və Riad Abbaszadə (33) də beynəlxalq yarış təcrübəsi qazanıblar.
İdman.biz