AZ

Bu gün imtahan keçirilib - Abituriyentlər təəssüratlarını bölüşüblərVİDEO

Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

Xezerxeber.az-ın məlumatına görə, imtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 144 imtahan binası, 2 537 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3 177 nəzarətçi, 460 buraxılış rejimi əməkdaşı, 144 bina nümayəndəsi cəlb olunub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və həmin şəxslər ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar. 

İmtahanda iştirak edən bəzi abituriyentlər deyib ki, kimya fənnindən düşən suallar ötən imtahanla müqayisədə çətin olub.

Ümumiyyətlə, təəssüratını bölüşən abituriyentlər arasında sulların çətin olduğunu deyənlər də, əksini düşünənlər də olub. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
9
xezerxeber.az

1Mənbələr