AZ

Luka Modriç bu nömrəni seçdi

"Real Madrid"lə yollarını ayıran xorvatiyalı yarımmüdafiəçi Luka Modriç karyerasını "Milan"da davam etdirə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, 39 yaşlı futbolçunun A seriyası təmsilçisi ilə müqavilə imzalaması bazar ertəsinə planlaşdırılıb.

 Modriç yeni klubunda 14 nömrəli formanı daşıyacaq.

Qeyd edək ki, təcrübəli oyunçu daha əvvəl "Tottenhem"də çıxış edərkən məhz bu nömrə ilə oynamışdı. "Real"da isə o, 19 və 10 nömrəli formalarla yadda qalmışdı.

"Milan"la müqavilənin müddəti bir mövsüm nəzərdə tutulur – 2025-ci ilin yayına qədər. Xatırladaq ki, "rossoneri" yeni mövsümdə avrokuboklarda iştirak etməyəcək.

Seçilən
4
90deqiqe.az

1Mənbələr