İngiltərə premyer liqasında iştirak edən "Börnli" Türkiyədən transfer etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, klub "Fənərbağça" ilə Dieqo Karlosun transferi üçün danışıqlara başlayıb.
Bu barədə məlumatı "Takvim" yayıb.
Xəbərdə bildirilir ki, ötən mövsüm "Aston Villa"dan 13 milyon avro qarşılığında "Fənərbağça"ya keçid edən müdafiəçi "Börnli"də icarə əsasında çıxış etməyə yaxındır.
Qeyd edək ki, "sarı-lacivərdlilər"lə 3 illik müqaviləsi olan Dieqo klubun heyətində 5 matçda iştirak edib.