AZ

Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…


ABŞ prezidenti Donald Tramp Kiyevə Rusiya aktivlərindən istifadə edərək hərbi yardım göndərməyi düşünür. Mənbələrin CBS News-a verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp yanvarda vəzifəyə gəldikdən sonra ilk dəfə Ukraynaya yeni hərbi yardım ayırmağı düşünür.

Mənbələrin bildirdiyinə görə, yeni vəsait Rusiyaya qarşı potensial sanksiya qərarı ərəfəsində “siqnal göndərmək” üçün istifadə oluna bilər. Kanal qeyd edib ki, vəsaitin mənbəyi hələlik bəlli deyil. Bununla belə, ABŞ rəsmiləri Bayden administrasiyası tərəfindən hərbi yardım üçün ayrılan 3,85 milyard dollar olduğunu açıqlayıb. Mənbələr həmçinin bildiriblər ki, prezident ABŞ-da Rusiyanın təxminən 5 milyard dollarlıq dondurulmuş aktivlərini müsadirə edə və Ukraynaya göndərə bilər.

Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiya Mərkəzi Bankının təqribən 300 milyard dollarlıq qiymətli kağız və nağd pulunu dondurub. Bu aktivlərin təxminən 5-6 milyard dolları ABŞ-da, əksəriyyəti isə Avropada, Belçikanın “Euroclear” şirkətinin nəzarətində saxlanılır.

“Reuters” isə mənbələrə istinadən xəbər verir ki, ABŞ lideri ilk dəfə olaraq Konqresin icazəsi olmadan Amerika arsenallarından silahların sürətlə ötürülməsinə imkan verən səlahiyyətindən (PDA) istifadə edəcək. Hazırda təxminən 300 milyon dollar dəyərində yardım paketi masadadır. Bu paketə “Patriot” sistemi üçün raketlər və orta mənzilli zərbə raketlərinin daxil olacağı gözlənilir.

“Politico”nun məlumatına görə, Trampın potensial yardımı ilə bağlı müzakirələr ABŞ-ın Ukraynaya müəyyən növ silahların tədarükünü qəfil dayandırmasından təxminən bir həftə sonra başlayıb. Ağ Ev daha sonra tədarükləri bərpa etmək qərarına gəlib. Nəşrin məlumatına görə, hərbi yardımın pulu ötən il Bayden administrasiyası dövründə Konqres tərəfindən təsdiqlənən və Pentaqona Amerika ehtiyatlarından Ukraynaya silah ötürməyə icazə verən fonddan əldə olunacaq. “Politico”ya görə, bu fondda hazırda təxminən 3,8 milyard dollar qalır.

TAHİR

Seçilən
91
50
baki-xeber.com

10Mənbələr