AZ

Azərbaycandan ayrılan futbolçu Superliqa klubunda - FOTO

“Sumqayıt”ın yeni müqavilə təklif etmədiyi Casurbek Caloliddinov ölkəmizi tərk etdi.

Sportal.az xəbər verir ki, özbək futbolçu özünə yeni komanda tapıb. O, Özbəkistan Superliqasında yarışan “Soqdiana” klubu ilə anlaşıb.

Casurbek 2026-cı il dekabrın 31-nə qədər Cizzax təmsilçisinə məxsus olacaq.

“Sumqayıt”ın sabiq üzvü “Bunyodkor”, “Lokomotiv”(Moskva), “Tambov”, “Andijon”, “Kayrat”, “Lokomotiv”(Daşkənd), “Neftçi”(Daşkənd) klublarında oynayıb.

saytlarin hazirlanmasi

Seçilən
11
sportal.az

1Mənbələr