“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş karyerasını “Beşiktaş”da davam etdirə bilər.
90deqiqe.Az-ın “Takvim”ə istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi 29 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
“Beşiktaş” artıq futbolçunun agenti ilə əlaqə saxlayıb. İngilis futbolçunun özü də “şəhərlilər”dən ayrılmağa müsbət yanaşır.
İngiltərə millisinin üzvü 2021-ci ildə “Aston Villa”dan “Mançester Siti”yə 117 milyon avroya transfer olunmuşdu. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı Qrilişin bazar dəyərini 28 milyon avro olaraq göstərir.
Cek Qriliş ötən mövsüm “Siti”nin heyətində bütün turnirlər üzrə 32 matçda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.