AZ

Messias A Seriya klubu ilə müqaviləni uzadıb

“Cenoa” klubu yarımmüdafiəçisi Junior Messiasla yeni müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, 34 yaşlı futbolçunun İtaliya təmsilçisi ilə bağladığı yeni əmək müqaviləsi 2025-ci ilin ortalarına qədər qüvvədə olacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliya A Seriyasının ötən mövsümündə braziliyalı oyunçu 18 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Xatırladaq ki, son İtaliya çempionatında “Cenoa” turnir cədvəlini 13-cü pillədə başa vurmuşdu. Komanda 38 oyunda 43 xal toplayıb.

Seçilən
2
90deqiqe.az

1Mənbələr