16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının C divizionunda sonuncu oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, yığmamız 5-ci yer uğrunda qarşılaşmada Moldova seçməsinə 79:72 hesabı ilə qalib gəlib.

Beləcə, milli komandamız C divizionunda 5-ci pilləni tutub.

Xatırladaq ki, U-16 yığmamız Avropa çempionatının C divizionunda ümumilkdə 6 qarşılaşmada qüvvəsini sınayıb.

Qrup mərhələsində San Marino (105:60) və  Cəbəllütariqə (69:40) qalib gələn basketbolçularımız Andorra (42:52) və

Lüksemburq (38:86) kollektivlərinə uduzublar. 

Daha sonra 5-9-cu yerlər uğrunda mübarizəyə qoşulan milli komandamız Maltanı (77:46) və nəhayət, bu gün Moldovanı üstələyib.