AZ

Yüksək vəzifəli şəxs kimə görə klubdakı işindən uzaqlaşıb?

“Kəpəz”in İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşaviri Erkin İbrahimov klubdan ayrıldığını təsdiqləyib.

O, saytımızın yaydığı informasiya barədə “report”a danışıb.

Sabiq idarəçi vəzifəsindən ayrılmaqla bağlı qəti qərar verdiyini söyləyib:

“Kağız üzərində hələ ki, klubdayam. Sadəcə, həftəsonu olduğu üçün rəsmi prosedurları həyata keçirə bilməmişdim.

Rəhbərlik artıq bu barədə məlumatlandırılıb. Vəzifəmdən ayrılmaqla bağlı qərarım qətidir və birinci gün ərizəmi kluba təqdim etməyi planlaşdırıram.

Öz istəyimlə ayrılıram. “Kəpəz”də çalışmaq istəmirəm. Bəziləri düşünür ki, qərar verməkdə tələsmişəm.

Amma mən düşünürəm ki, əslində gecikmiş qərardır. Həm futbolda, həm də həyatda öz prinsiplərim var və buna görə yaşayıram.

Düşünürəm ki, verdiyim qərar “Kəpəz”də çalışan hər bir əməkdaşın, sıravi işçilərin xeyrinə olacaq”.

E.İbrahimov bu ilin mayında “Kəpəz”in İdarə Heyətinin üzvü və idman məsələləri üzrə müşavir təyin olunmuşdu.

Onun gedişi Namiq Qədirovla əlaqədardır.

Belə ki, 2 ay öncə İdarə Heyətinin sədri seçilən N.Qədirov E.İbrahimovun səlahiyyətlərinə aid məsələlərə yerli-yersiz müdaxilə edib, onahesabat təqdim olunmasını gözləmədən müəyyən addımlar atıb.

Habelə, baş məşqçi Adil Şükürova problemlər yaradıb, transfer siyasətinin istiqamətini dəyişib, akademiya ilə əlaqəli planların icrasını dayandırıb.

Bunlar sistematik hal aldığından, müşavir klubla vidalaşmağı üstün tutub. Sadəcə, transfer çalışmaları ilə bağlı fəaliyyətini hələ də davam etdirməkdədir.

Çünki komandaya cəlb olunması düşünülən əcnəbi futbolçularla danışıqları ilk gündən o aparıb və proses yarımçıq saxlanılmamalıdır.

Bu işlər bitəndən sonra Erkin bəyin «Kəpəz»lə rəsmi və ya qeyri-rəsmi heç bir bağlantısı qalmayacaq.

SPORTİNFO.AZ

Seçilən
7
sportinfo.az

1Mənbələr