Vəba, Ebola və qızılca kimi xəstəliklərin yayılması zamanı fövqəladə peyvənd son dörddəbir əsrdə bu xəstəliklərdən ölümləri demək olar ki, 60% azaldıb.
Yenisabah.az xəbər verir ki, oxşar sayda infeksiyanın da qarşısının alındığı güman edilir.
"British Medical Journal" (BMJ) "Global Health"-də dərc olunan araşdırmasına əsasən, 2000-2023-cü illər arasında 49 aşağı gəlirli ölkədə 5 yoluxucu xəstəliyin – vəba, Ebola, qızılca, meningit və sarı qızdırma – 210 epidemiyası araşdırılıb. Araşdırma peyvənin ölümləri təxminən 60% azaltdığını göstərib. Məsələn, peyvəndin sarı qızdırma epidemiyaları zamanı ölümləri 99%, Ebola üçün isə 76% azaltdığı aşkar edib. Bundan başqa, təxminən 32 milyard dollar iqtisadi fayda əldə edilib. pizza mizza
Telegram kanalımız