AZ

“Lankaran Open”in qalibləri məlum oldu - FOTOLAR

BAKI. 13 iyul. TELEQRAF

"Chess Tour Azerbaijan" layihəsinə aid “Lankaran Open” festivalının bağlanış mərasimi keçirilib.

Təşəbbüsçü Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, mərasimdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının müavini Emin Quliyev, AŞF prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirak edib.

A qrupunda hərəyə 6,5 xal toplayan Vitaliy Bernardski və Azərbaycan təmsilçisi Rüstəm Rüstəmov müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.

9 turda 7 xal toplayan Xaqan Əhməd bütün rəqiblərini qabaqlayaraq “Lankaran Open” yarışının qalibi adını qazanıb.

B qrupunda Əlisəfa Zeynallı 8 xalla birinci yeri tutub. Ələkbər Zeynallı və Pərviz Məmmədli turniri ikinci və üçüncü pillələrdə başa vurub.

“Lankaran Open” festivalında rapid və blits yarışları da keçirilib. Rapid turnirində Rüstəm Rüstəmov, blits mübarizəsində isə Xaqan Əhməd qalib olub.

Xatırladaq ki, "Lankaran Open" turnirində 4 ölkə təmsil olunub. A qrupunda 38, B qrupunda isə 140 şahmatçı çıxış edib. "Chess Tour Azerbaijan" layihəsinə aid növbəti yarış Qubada təşkil olunacaq.

Seçilən
1
5
teleqraf.com

6Mənbələr