16 yaşlı bolqarıstanlı tennisçi İvan İvanov 2025-ci ildə Uimbldonda yeniyetmələr arasında təkbətək yarışın finalında amerikalı Ronit Karkiyə qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 6:2, 6:3 hesabı ilə başa çatıb. Tennisçilər kortda 59 dəqiqə keçiriblər.
Turnir zamanı İvanov ikinci mərhələdə rusiyalı Eqor Pleşivtsevi məğlub edib.
2024-cü ildə norveçli Nikolay Budkov Kjaer finalda hollandiyalı Mes Röttgerinqi məğlub edərək gənclər arasında Uimbldon çempionu olub.