"Milan" heyətini Pyetro Terraççano ilə gücləndirəcək.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanacaq. O, komandanın yeni ehtiyat qolkiperi olacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

35 yaşlı Terraççano 2019-cu ilin yanvarından bəri "Fiorentina"da çıxış edirdi. O, burada 156 oyuna çıxıb və bu görüşlərin 43-də qapısını qola bağlaya bilib.