“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi “Mançester Yunayted”dən Ceydon Sanço ilə razılaşıb. Bu barədə “Tuttosport” nəşri məlumat yayıb. “Yuventus” ingiltərəli futbolçuya illik 5 milyon avro maaş verəcək.
Sanço ötən mövsümü icarə əsasında “Çelsi”də keçirib. O, 31 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.