AZ

Yoaxim Löv Özbəkistan millisində?

Futbol üzrə Almaniya millisinin sabiq baş məşqçisi Yoaxim Löv karyerasını bərpa edə bilər.

İdman.biz "Championat.Asia"ya istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis Özbəkistan millisini çalışdıra bilər.

Mənbənin məlumatına görə, Özbəkistan Futbol Assosiasiyası artıq Lövlə danışıqlara başlayıb. Əgər almaniyalı təklifi qəbul etsə, hazırkı baş məşqçi Timur Kapadze onun köməkçisi olacaq.

Özbəkistan millisi tarixində ilk dəfə 2026-cı ildə dünya çempionatında iştirak edəcək.

Qeyd edək ki, Löv 2006-2021-ci illərdə Almaniya millisinin baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının və 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar kubokunun qalibi olub. Löv 2021-ci ildən bəri heç bir komandada çalışmayıb.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr