Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv Özbəkistan millisinə rəhbərlik edə bilər.
90deqiqe.Az-ın “Championat.Asia”ya istinadən yaydığı xəbərə görə, Özbəkistan Futbol Assosiasiyası artıq alman mütəxəssislə danışıqlara başlayıb.
Löv bu təklifi qəbul edərsə, almaniyalının heyətinə komandanın hazırkı baş məşqçisi Timur Kapadze keçəcək.
Xatırladaq ki, Özbəkistan millisi tarixdə ilk dəfə dünya çempionatında mübarizə aparacaq. Komanda DÇ-2026-nın final hissəsinə vəsiqəni təmin edib.
Löv 2006-2021-ci illərdə Almaniya millisinin baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında komanda 2014-cü ildə Braziliyada keçirilən futbol üzrə dünya çempionatının və 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar Kubokunun qalibi olub. 2021-ci ildən mütəxəssis heç bir komandada çalışmayıb.