"Liverpul"un sabiq hücumçusu Roberto Firmino Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubundan ayrılıb.
90deqiqe.Az-ın məlumatına görə, braziliyalı forvard bundan sonra karyerasını Qətərin "Əl-Sədd" klubunda davam etdirəcək.
"Əl-Sədd" klubu təcrübəli futbolçu ilə artıq şəxsi müqavilə imzalayıb və rəsmi açıqlamanın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
33 yaşlı futbolçu 2023-cü ilin yayında azad agent kimi “Əl-Əhli”yə keçib. Bu müddət ərzində Firmino bütün turnirlərdə 65 matçda iştirak edib, o, 21 qol vurub və 17 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt internet portalı braziliyalının bazar dəyərini 5 milyon avro olaraq qiymətləndirir.