Məşhur alman məşqçi Yoahim Löv Özbəkistan milli komandasını çalışdıra bilər.

Offsideplus.az xəbər verir ki, artıq bununla bağlı Özbəkistan Futbol Federasiyasının rəhbərliyi danışıqlara başlayıb.

Tərəflər arasında görüşlər uğurla nəticələnərsə, indiki baş məşqçi Timur Kapadze Lövün rəhbərlik edəcəyi məşqçilər korpusunda yer alacaq.

Özbəkistan yığması gələn il tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak hüququna yiyələnib.

Xatırladaq ki, Yoahim Löv 2006-2021-ci illərdə Almaniya milli komandasının baş məşqçisi olub. Onun dövründə almanlar dünya çempionluğunu (2014-cü il) və Konfederasiyalar Kubokunu (2017-ci il) qazanıblar.

Təcrübəli mütəxəssis son 4 ildə işsizdir.