AZ

"Milan" 35 yaşlı qolkiperlə anlaşdı

"Fiorentina"nın qapıçısı Pyetro Terraççiiano "Milan"a keçməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritio Romano yayıb.

Mənbənin məlumatına görə, "Milan" artıq 35 yaşlı italiyalı ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Qapıçının klubla iki mövsümlük müqavilə imzalayacağı gözlənilir. 

Terraççiano 2019-cu ildən "Fiorentina"da çıxış edir. Bu müddət ərzində qapıçı bütün turnirlərdə 156 oyun keçirib, 185 qol buraxıb və 43 dəfə qapısını toxunulmaz saxlayıb. “Transfermarkt” Terraççianonun dəyərini bir milyon avro qiymətləndirir.

Seçilən
8
fanat.az

1Mənbələr