Moskvada fəaliyyət göstərən qondarma “Ümumerməni cəbhəsi” hərəkatının lideri, Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan deyir ki, “Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamayacaq, hətta onların bütün tələblərinə, hətta 300 min azərbaycanlının köçürülməsinə razı olsaq belə”.
Hafta.az xəbər verir ki, rusiyapərəst, revanşist və irqçi xislətli erməni generalın bu fikrini “Hraparak” qəzeti təqdim edib.
“Bakı həmişə yeni tələblər irəli sürəcək, çünki Ermənistanın lideri hər şeylə razılaşan adamdır”,- deyən Karapetyan əmindir ki, Paşinyan dəhlizi təhvil verməyə hazırdır, ancaq bir şərtlə ki, amerikalılar ona nəzarət etsin.
“Əgər azərbaycanlılar varsa, bir gün onları qovmaq şansı var, amma amerikalılar gəlsə, bu, mümkün olmayacaq”, -deyə irqçi hərəkat lideri çərənləyib.
Revanşist general vurğulayıb ki, Bakının şərtləri yerinə yetirilərsə, vətəndaş müharibəsi qaçılmazdır.
"Əgər dəhliz ABŞ-a verilsə, regionda yeni müharibə başlayacaq. Azərbaycan və Türkiyə də daxil olmaqla bütün ölkələr NATO-nun Xəzərdə görünməsinə qarşıdır. Bu, bütün region üçün fəlakətdir", deyən rusiyapərəst Karapetyan tezliklə Ermənistana gələcəyini və hakimiyyəti cəzalandıracağını bəyan edib.