AZ

Daha bir mövsüm Azərbaycanda oynayacaq

“Azərreyl”in kişilərdən ibarət komandası növbəti mövsümə hazırlığını davam etdirir.

Futbolpress.az xəbər verir ki, klub Çarxlouei Mohammadhusseynlə yeni müqavilə imzalayıb.

Ötən ildən komandada çıxış edən iranəsilli voleybolçu daha bir mövsüm “Azərreyl”in şərəfini qoruyacaq. O, hücumçu mövqeyində çıxış edir.

Qeyd edək ki, Çarxlouei Mohammadhusseyn 2024/2025 mövsümündə “Azərreyl”in Azərbaycan çempionu qazanmasında böyük rol oynayıb.

Seçilən
7
futbolpress.az

1Mənbələr