
ABŞ-nin baş prokuroru Pam Bondi ölkə başçısı Donald Trampa qarşı təhqiqatlarda işləyən 20-dən çox Ədliyyə Nazirliyinin əməkdaşını işdən çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, işdən çıxarılanlar arasında vəkillər və köməkçi işçilər var. İşdən çıxarılanlardan ən azı ikisi Florida və Şimali Karolinada işləyən prokurorlardır.
Qeyd edilib ki, işdən çıxarılanların hamısı, Trampa qarşı iki işi - hakimiyyəti ələ keçirmək cəhdini və məxfi sənədlərin saxlanmasını araşdıran keçmiş xüsusi prokuror Cek Smitin komandasında işləyib.
Bu, Trampa qarşı işlərdə çalışan Ədliyyə Departamenti əməkdaşlarının ilk kütləvi şəkildə işdən çıxarılması deyil. Hələ yanvarın sonunda ABŞ Ədliyyə Nazirliyinin müvəqqəti rəhbəri Ceyms MakHenri 14 vəkili işdən çıxarmışdı.