AZ

İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…


İran prezidenti Məsud Pezeşkian iyunun 16-da İsrailin hücumu nəticəsində ayağından yüngül xəsarət alıb. Bu barədə xarici media Fars xəbər agentliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, zərbələr səhər tezdən Ali Milli Təhlükəsizlik Şurasının hökumətin üç qolunun başçıları və digər yüksək vəzifəli şəxslərlə Tehranın qərbində yerləşən binanın aşağı mərtəbələrində keçirilən iclası zamanı baş verib.

Məlumata görə, İsrail qüvvələri xüsusilə təxliyyə yollarını bağlamaq və hava axınını kəsmək üçün binanın giriş və çıxışlarına 6 bomba və ya raket atıb.

Partlayışlardan sonra toplantının keçirildiyi mərtəbədə elektrik enerjisi kəsilib, lakin oradakı rəsmilər əvvəlcədən hazırlanmış qəza lyuku vasitəsilə binadan çıxa biliblər. Bəzi məmurlar, o cümlədən İran prezidenti binadan çıxarkən ayağından yüngül xəsarət alıb.

Fars xəbər agentliyi yazır ki, İsrailin bu hücumla bağlı məlumatının dəqiqliyi nəzərə alınaraq, hökumətdə məlumat sızdırılması ehtimalına qarşı araşdırma aparılır.

TAHİR

Seçilən
25
baki-xeber.com

1Mənbələr