“Mançester Yunayted”dən ayrılacağı gözlənilən Alexandro Qarnaço karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Əl Nəsr” argentinalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Klub 21 yaşlı futbolçu üçün rəsmi təklif göndərib.
Qarnaço “Mançester Yunayted”dən ayrılacaq. O, baş məşqçi Ruben Amorimin planlarına daxil deyil.
“Əl Nəsr”da portuqaliyalı hücumçu Kriştiano Ronaldo forma geyinir.