AZ

Tarixin ən böyük Mars meteoriti 4 milyon dollar dəyərində hərraca qoyulur

BAKI, TurkicWorld

Marsdan gələn ən böyük meteorit Nyu-Yorkda satışa çıxarılır - Qiyməti 4 milyon dollara çata bilər.

TurkicWorld xəbər verir ki, 2023-cü ilin noyabrında Nigerin Aqadez bölgəsində tapılan və bu günə qədər Yerdə aşkar edilmiş ən böyük Mars meteoritinə çevrilən NWA 16788 iyulun 16-da Sotheby's hərrac evində satışa çıxarılacaq.

24,5 kiloqramlıq bu göy cismi Marsdan gəlmiş 400-ə yaxın meteorit arasında ən irisi hesab olunur.

Mütəxəssislər meteoritin Mars səthindən asteroid zərbəsi nəticəsində qoparaq Yerə gəldiyini və səthinin şüşəvari qatı ilə bu səyahətin izlərini daşıdığını bildirirlər.

Sotheby’s Elm və Təbiət Tarixi Departamentinin vitse-prezidenti Cassandra Hatton bu tapıntını “nəsildə bir dəfə rast gəlinən fürsət” adlandırıb və onun qırmızı rəngi, teksturası və nadirliyi ilə Marsla fiziki əlaqə yaratdığını deyib.

NWA 16788-in 4 milyon dollara qədər qiymətləndiriləcəyi gözlənilir.

Qeyd edək ki, meteoritin satışa çıxarılması bəzi alimlər tərəfindən tənqid edilsə də, digər mütəxəssislər bu cür hərracların elmi tədqiqatlara töhfə verdiyini və bu sayədə nadir nümunələrin araşdırılmasının mümkün olduğunu bildirirlər. Meteorun rəsmi istinad nümunəsi isə hazırda Çindəki Purple Mountain Rəsədxanasında saxlanılır.

Seçilən
11
turkic.world

1Mənbələr