“Real”dan ayrılan Luka Modriç karyerasını İtaliyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, “Milan” xorvatiyalı yarımmüdafiəçi ilə razılaşıb. Bu barədə Canluka Di Marzio məlumat yayıb. “Milan” sabah – iyulun 14-də Modriçi ictimaiyyətə təqdim edəcək.
Modriç 2012-ci ildən “Real”da forma geyinirdi. O, ötən mövsümdə 62 oyunda 4 qol vurub, 9 məhsuldar ötürmə edib.