Fizioterapevt Antonio Valenzuela tez-tez tualetə getməyin qeyri-adi izahını tapıb.
E-saglam.az xəbər verir ki, o, bunu xroniki stresslə əlaqələndirir.
"Tez-tez tualetə getmək həmişə insanın sidik kisəsi ilə bağlı problemləri olduğunu bildirmir. Bir çox hallarda bu, narahatlıqla əlaqələndirilir", - Valenzuela izah edib.
Həkimin sözlərinə görə, xroniki stress simpatik sinir sistemini aktivləşdirir və bu da tualetə tez-tez baş çəkmək çağırışlarına səbəb olur. "Bu vəziyyət daimi əzələ gərginliyi və digər simptomlarla doludur. Əgər narahatlıq vaxtında müalicə olunmazsa, bir müddət sonra insan ciddi xəstəliklərlə üzləşəcək", - Valenzuela xəbərdarlıq edib.
Tərcümə: Könül Oruc
E-saglam.az