
Suriya və İsrail rəsmiləri prezident Əhməd əş-Şaraanın Azərbaycana səfəri çərçivəsində Bakıda görüşüblər.
“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” Dəməşqdəki diplomatik mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, görüş iyulun 12-də baş tutub. "Əş-Şaraanın Bakıya səfəri çərçivəsində Suriya və İsrail rəsmiləri arasında görüş keçirilib", - adı açıqlanmayan mənbə agentliyə bildirib.