AZ

Bu komandanı kimdən gizlədirsiniz?

Növbəti mövsümdə İmişlini Premyer Liqada təmsil edəcək eyniadlı komanda gizlənir. Buna gizlədilir də demək olar.

Məsələn, klubun sosial media səhifələrində kollektivin iyulun 7-dən avqustun 2-nə qədər Bakıda məskunlaşacağı, məşqlərini burada edəcəyi barədə məlumat yerləşdirilib.

Digər paylaşımda isə futbolçuların məşqdən görüntüləri yer alıb və gün ərzində iki məşqin keçirilməsi barədə xəbər verilib.

Bölgə təmsilçisinin məşqlərə məşq formasında yox, ötən mövsümün oyun geyimlərində çıxması, hazırlığı doğma rayonda keçirməməsi, yoxlama matçlarında hansı tarixlərdə və hansı rəqiblərə qarşı oyayacağı kimi müəmmalı suallarla işimiz yoxdur.

Azarrkeşləri maraqlandıran məqam “İmişli”nin Bakının hansı stadionunda məşq etməsidir ki, sosial şəbəkə səhifələrində bu barədə heç bir bilgi yoxdur. Sanki azarkeşlərin, yaxud jurnalistlərin qəfil qonaq olacağından ehtiyat edirlər.

Deyək, siz də bilin.

Başında portuqaliyalı mütəxəssisin dayandığı komanda növbəti mövsümə Mərdəkanda hazırlaşır. “Dalğa Arena”nın ehtiyat meydanı AFFA-dan icarəyə götürülüb.

Düşərgədə isə tanıdığımız və tanımadığımız kifayət qədər futbolçu var. Baxışa gələnlər barədə yekun qərar yoldaşlıq görüşlərindən sonra veriləcək.

HƏBİB

Seçilən
3
sportinfo.az

1Mənbələr