Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov Almaniyanın Berlin "Dinamo"sunda səmərəli çıxışını davam etdirir.
İdman.biz xəbər verir ki, yay toplanışı çərçivəsində keçirilən yoldaşlıq görüşündə onun komandası "Ayntraxt Ştransdorf"a 2:0 hesabı ilə qalib gəlib.
Dadaşov görüşün 77-ci dəqiqəsində hesabı açıb, berlinlilərin inamlı qələbəsinə töhfə verib.
İdman.biz