Sinir ağrıları (neyropatik ağrılar) müasir tibbin ən çox rast gəlinən, lakin tam effektiv müalicə edə bilmədiyi problemlərdən biridir. Müxtəlif nevroloji və ortopedik diaqnozlarla yaşayan xəstələr bu ağrılarla illərlə mübarizə aparır, çox vaxt dərmanlar və fizioterapiya keçici rahatlıq versə də, köklü sağalma baş vermir.
Bəs görəsən, bu ağrıların görünməyən, lakin hiss edilən başqa bir səbəbi varmı?
Mənim illərlə apardığım müşahidə və elmi-lədun təcrübəm göstərdi ki, sinir ağrılarının dərin qatlarında neqativ enerji yığılması dayanır. Bu yazıda məhz həmin enerjinin insan bədənində necə ağrıya səbəb olduğunu və Efir enerjisi vasitəsilə necə müalicə olunduğunu izah edəcəyəm.
Sinir ağrılarının metafizik səbəbi: Neqativ enerji
Ənənəvi tibb sinir ağrılarını əsasən bu cür izah edir:
-Sinir sıxılması (bel yırtığı, boyun düzləşməsi və s.);
Travmalar və iltihablar
-Şəkərli diabetin sinirlərə təsiri
-İnfeksiyalar və ya autoimmun pozuntular
Bu izahlar fiziki səviyyədə doğrudur. Lakin bu xəstəliklərin uzunmüddətli və dərmanlara tabe olmayan təkrarlayan təbiəti göstərir ki, problemin daha dərin – enerji müstəvisində izahı zəruridir.
Neqativ enerji nədir?
Bu, insanın həyat təcrübəsi ərzində keçirdiyi aşağıvibrasiyalı duyğuların (qorxu, stress, məyusluq, nifrət, kin, günahkarlıq və s.) bədəndə toplanaraq enerji blokları yaratmasıdır. Bu bloklar daha çox onurğa boyunca yerləşən sinir mərkəzlərini sıxaraq ağrılara səbəb olur.
Bəzi hallarda isə bu neqativ enerji irsi, yəni nəsildən nəsilə ötürülən travmatik enerjilər formasında da daşıyıcı insana keçə bilir.
Neqativ enerjinin digər mənbəyi paxıl, həsəd aparan, bəd niyyətli insanlar və magiya ilə məşğul olanlardır
Efir enerjisi – görünməz şəfa açarı
Qədimdən bəri dünyanın müxtəlif mədəniyyətlərində Efir enerjisi tanınırdı. Qədim hindlər buna “prana”, çinlilər “chi”, sufilər “nur”, bəzi filosoflar isə “əxlaqi enerjilər” deyirdi. Müasir elm isə bu enerjini hələ tam qəbul etməsə də, kvant fizikası bu sahəyə yeni baxışlar gətirməkdədir.
Mendeleyev tərəfidən “Nyutonium” adlandırılan və onun ölümünə qədər cədvəlin sıfır qrupunda, sıfır xanasında yerləşən bu enerji – Efir enerjisinin strukturlu, tənzimlənmiş və yönləndirilmiş formasıdır.
Bu enerjini düzgün istiqamətləndirməklə insanın bədənindəki blokları açmaq, ağrıları aradan qaldırmaq və orqanizmin özünü şəfaetmə potensialını oyatmaq mümkündür.
Müalicə metodikam necə işləyir?
A) Enerji diaqnostikası
İlk mərhələdə xəstənin bədənində enerji axınını yoxlayıram. Əllə, niyyətlə və ya xüsusi testlərlə bədənin hansı sahəsində bloklaşma olduğunu müəyyən edirəm.
Ən çox rast gəlinən bloklaşmalar:
-Boyun fəqərələrinin ətrafı (serxleşmə və başa yayılan ağrılar)
-Kürək nahiyəsi (ürək və mədə ilə əlaqəli gərginliklər)
-Bel fəqərəsi (ayaqlara yayılan ağrılar, siyatik və s.)
-Ümumi onurğa xətti (enerji axınının zəifləməsi)
B) Enerji axınının bərpası
Bu mərhələdə Efir enerjisini yönləndirərək:
-Bloklaşmış sahələr təmizlənir;
-Enerji yolları açılır;
-Həmin bölgəyə müsbət, şəfalı Efir enerjsii ötürülür.
Təmizlənmə prosesində bəzən xəstələr isti, titrəmə, yüngüllük və ya yuxululuq hiss edirlər – bu, enerjinin bədəndə işlədiyinin əlamətidir.
C) Daxili psixo-enerji balansın bərpası
Çünki enerji blokları çox zaman emosional səbəblərdən yaranır, bu səbəblərin də müəyyən olunması və pasiyentlə paylaşılması vacibdir. Lazım gəldikdə insanın içindəki qorxu, kin, qəzəb kimi duyğular təmizlənir.
Praktik nümunələrdən
Kürək və boyun ağrısı ilə gəlmiş bir pasiyent 3 seansdan sonra tam rahatlıq hiss etmiş, yuxusu və əhvalı bərpa olunmuşdur. MRT-də sinir sıxılması göstərilsə də, ağrıların səbəbi əslində bədəndəki enerji bloklaşması idi.
Qoluna yayılan sinir ağrısından əziyyət çəkən qadın 4 seansdan sonra ağrısız işləyə bilmişdir. Bu ağrının əsas səbəbi illərlə yığılan ailədaxili gərginlik və qorxu hissi idi.
Nəticə və çağırış
Bu gün həkim və tədqiqatçılar bəşəriyyətdə yeni mərhələyə qədəm qoyur: enerji və şüur tibbi dövrünə.
Əgər bədən enerjidən ibarətdirsə, o zaman müalicə də enerji vasitəsilə olmalıdır. Mənim təcrübəm və Efir enerjisi ilə apardığım işlər bir daha sübut edir ki, sinir ağrıları da daxil olmaqla bir çox xəstəliklərin kökü – energetik səbəblərdədir.
Bu yanaşma yalnız müalicə deyil, həm də insanın daxili gəncləşməsi, ruhani təmizlənməsi və şüurlu yaşamasına xidmət edir.
“Yaradanın iki müqəddəs kitabı var: İnsan və Kainat. Bu kitabları oxuyan, sağalmanın sirrinə də yetişər.”
Dr. Paşa Yaqub,
Elmi-lədun bilicisi, 39 kitabın müəllifi