“Sevilya” 27 yaşlı çilili sol cinah müdafiəçisi Qabriel Suasonu “Tuluza”dan azad agent qismində heyətinə qatıb.
Arena.az bu barədə “Sevilya”nın mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Qabriel Suaso “Kolo-Kolo”nun məzunudur. Müdafiəçi karyerası ərzində “Tuluza”da çıxış edib.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə Suaso “Tuluza” üçün 33 oyuna çıxıb, 7 məhsular ötürmə ilə fərqlənib.
Qabriel Suaso 2017-ci ilin iyun ayında debüt etdiyi Çili yığmasının heyətində 33 oyuna 3 məhsuldar ötürmə verib.
Qabriel Suasonun qənimətlər muzeyində “Kolo-Kolo” ilə hər biri üç dəfə olmaqla Çili çempionluğu, kuboku və superkuboku var. Suaso həmçinin “Tuluza” ilə Fransa Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı çilili sol cinah müdafiəçisinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

