Suriya və İsrail rəsmiləri Prezident Əhməd əş-Şaraanın Azərbaycana səfəri çərçivəsində Bakıda görüşüblər.
Viral.az xəbər verir ki, bu barədə “Al Arabiya” Dəməşqdəki diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, görüş iyulun 12-də baş tutub. “Əş-Şaraanın Bakıya səfəri çərçivəsində Suriya və İsrail rəsmiləri arasında görüş keçirilib”, – adı açıqlanmayan mənbə agentliyə bildirib.