AZ

“Shahdag Running Fest” qaçış yarışında 600-ə yaxın həvəskar atlet mübarizə aparıb

İyulun 13-də Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının dəstəyi və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə “Shahdag Running Fest” qaçış yarışı keçirilib.

“İki sahil” xəbər verir ki, yarışda 600-ə yaxın həvəskar atlet qələbə uğrunda mübarizə aparıb.

Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Pakistan, Küveyt, Ukrayna, Birləşmiş Krallıq və Avstriyanı təmsil edən idmançılar 53, 27 və 9 kilometr məsəfələr üzrə yarışıblar.

Birinciliyin qalibləri təşkilatçılar tərəfindən medallar və hədiyyələrlə təltif olunublar.

Seçilən
15
2
ikisahil.az

3Mənbələr