Azərbaycan idmançısı Bolqarıstanda keçirilən 12-ci Sofiya Suya Tullanma Kubokunun ikinci günündə D qrupunda uğurlu çıxış edib.
Yeniyetmələrdən ibarət yığmanın üzvü Maqsud Tahirli fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, 3 metrlik tramplindən tullanmada bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. Bununla da Maqsud Sofiyada ikinci qızıl medalını qazanıb.
Tahirli 5 metrlik platformadan tullanmada da bütün rəqiblərini qabaqlayıb. Nəhayət, dünən Maqsud daha bir uğura imza atıb - 1 metrlik tramplindən tullanmada bütün rəqiblərini qabaqlayaraq, qızıl medala sahib olub.
Yarışda 11 ölkədən 160-dan çox yeniyetmə idmançı iştirak edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta