AZ

İspaniya klubunda oynamış hücumçu “Neftçi”də

Ötən mövsüm İspaniyanın dördüncü liqasında çıxış etmiş futbolçu "Neftçi"də baxışdadır.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, bu, 19 yaşlı hücumçu Bəhruz Qurbanlıdır.

O, hazırda yoxlanışdadır və Samir Abasov onu Polşada keçiriləcək təlim-məşq toplanışına da aparmaq niyyətindədir.

Bəhruz son olaraq "Union Deportivo Montixo"nun formasını geyinib.

O, 2024-cü ilin yanvarında Sequnda Divizionun 5-ci qrupunda yarışan komandayla uzunmüddətli müqavilə imzalasa da, yaxınlarda sərbəst azad agent statusu alıb və Azərbaycana dönüb.

Qeyd edək ki, Qurbanlı "Qarabağ"ın yetirməsidir. Üç il öncə "Neftçi"yə keçən forvard Priney yarımadasına da elə buradan yollanmışdı.

İdman.biz

Seçilən
4
idman.biz

1Mənbələr