Bu gün Litvada 18 yaşa qədər qızlar arasında keçirilən Avropa Çempionatının B divizionun oyunlarına yekun vurulacaq.
Offsideplus.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Çempionatının “A” divizionuna gedən yolda ədaləti qoruyacaq hakimlərdən biri də azərbaycanlıdır.
Beynəlxalq dərəcəli hakimimiz Ələkbər Həsənov Xorvatiya və Litva milliləri arasında üçüncülük oyununu idarə edən hakimlər arasında yer alacaq.
Turnirdə çempion komanda ilə yanaşı, gümüş və bürünc mükafatçılar növbəti il “A” divizionunda iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.