AZ

Əminə Ukraynanın azadlığı uğrunda şəhid oldu – Azərbaycanlı qızın qəhrəmanlıq hekayəsi

Musavat.com xəbər verir ki, Ukraynanın ərazi bütövlüyü və azadlığı uğrunda daha bir Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub.

1982-ci il təvəllüdlü Mehdiyeva Əminə Əli qızı iyulun 9-da döyüş tapşırığını yerinə yetirərkən Dnepropetrovsk vilayətinin Sinelnıki rayonunun Novopavlivka qəsəbəsi yaxınlığında həlak olub.

Əminə A2167 saylı hərbi hissənin mexanikləşdirilmiş batalyonunda tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində xidmət edirdi. O, Ukrayna ordusunda yalnız tibb personalı kimi deyil, eyni zamanda döyüşçü kimi ön cəbhədə əsgərlərlə birgə mübarizə aparırdı.

Bu barədə məlumatı Odessada yaşayan, Yeni Müsavat Media Qrupunun Ukrayna təmsilçisi Anar Natiqoğlu verib. Onun sözlərinə görə, Ukraynada yaşayan azərbaycanlılar bu müharibədə ən sadiq icmalardan biridir. “Çoxsaylı azərbaycanlılar yaşadıqları və vətəndaşı olduqları Ukrayna uğrunda döyüşlərdə iştirak edir, çoxu da həlak olur. Azərbaycanlılar Ukraynada yaşayan ən sadiq xalqlardandır, onlar bu torpağı öz vətənləri kimi qoruyurlar”, – deyə o bildirib.

Əminə Mehdiyevanın timsalında bir daha təsdiqlənir ki, Azərbaycan övladları harada olursa-olsun, azadlıq və ədalət uğrunda canlarını əsirgəmirlər. Allah rəhmət eləsin! Yaşasın Azərbaycan-Ukrayna dostluğu! Slava Ukraine!

Musavat.com

Seçilən
30
15
musavat.com

10Mənbələr