Bu gün Litvada 18 yaşa qədər qızlar arasında keçirilən Avropa Çempionatı B divizionun oyunlarına yekun vurulacaq.
Operativ Media xəbər verir ki, çempion komanda ilə yanaşı, gümüş və bürünc mükafatçılar növbəti il “A” divizionunda iştirak hüququ qazanacaqlar. Beynəlxalq dərəcəli azərbaycanlı hakim Ələkbər Həsənovun Xorvatiya və Litva milliləri arasında üçüncülük oyununu idarə edəcək hakimlər arasında yer alıb.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.