AZ

Mask Epşteyn işi ilə bağlı sənədlərin məxfi statusunun aradan qaldırılmasına çağırıb - YENİLƏNİB

İlon Mask ABŞ prezidenti Donald Trampı maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı materialları açıqlamağa çağırıb.

APA xəbər verir ki, Mask bu barədə sosial şəbəkədə yazıb.

“Tramp Epşteyn adını çəkərək hamını onun haqqında danışmağı dayandırmağa çağırdığı müraciətdə bir neçə dəfə Epşteyn dedi. Sadəcə vəd etdiyiniz kimi, materialları dərc edin”, – deyə Mask X-də yazıb.

Qeyd edək ki, bu, Maskın həmin işlə bağlı sənədlərin açıqlanmasını tələb etdiyi ilk hal deyil. O, Ağ Ev Epşteyn işi ilə bağlı materialları açıqlamasa, ABŞ prezidentinə etibar etməyin mümkün olub-olmadığını sorğulayıb.

***

05:24

ABŞ Prezidenti Donald Tramp amerikalı maliyyəçi Ceffri Epşteyn işi üzrə əlavə sənədlərin mövcudluğu ilə bağlı versiyanın onun siyasi rəqibləri tərəfindən saxtalaşdırıldığını bildirib.

APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında paylaşım edib.

“Bu radikal solçular Epşteynin sənədlərini niyə hələ də dərc etməyiblər? Əgər həmin sənədlərdə MAGA (Amerikanı yenidən qüdrətli edək – red.) hərəkatına zərər verə biləcək nəsə olsaydı, indiyə qədər çoxdan istifadə edərdilər”, – deyə Tramp qeyd edib.

ABŞ
Seçilən
3
apa.az

1Mənbələr