AZ

"Qarabağ" gerilədi, "Zirə" yerini qorudu, “Sabah”la “Araz” irəli getdi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, cədvəldə 501 klub yer alıb. Onların arasında 4 Azərbaycan təmsilçisi var.

Aktivində 137.25 xal olan "Qarabağ" 12 pillə geriləyib. Ağdam təmsilçisi 119-cu pillədən 131-ci yerə düşüb.

"Zirə" 95,75 xalla mövqeyini qoruyub - 232-ci yer.

“Sabah” 76 xalla 317-ci sıradan 313-cü yerə yüksəlib.

“Araz-Naxçıvan” da (61.25 xal) irəliləyiş nümayiş etdirərək, 446-cı pillədən 439-cu yerə qalxıb.

Siyahıya 480 xalla İspaniya "Real"ı liderlik edir. "İnter" (İtaliya) 469 xalla 2-ci, PSJ (Fransa) isə 462 xalla 3-cüdür.

Seçilən
12
sportinfo.az

1Mənbələr