İtaliyanın Milan şəhərində yerləşən "Malpensa" beynəlxalq hava limanında baş verən dəhşətli hadisənin görüntüləri yayılıb.
Həmin vaxt kişi təyyarənin havaya qalxmasına az qalmış naməlum səbəbdən uçuş-enmə zolağına daxil olaraq mühərrikə yaxınlaşıb və nəticədə güclü hava axını onu mühərrikə çəkib.
Həmin şəxs hadisə yerindəcə həyatını itirib.
Hadisənin səbəbləri hələlik araşdırılır.
İtaliya polisi və hava limanı təhlükəsizlik xidməti insidentlə bağlı araşdırma başladıb. Ölən şəxsin kimliyi və onun uçuş-enmə zolağına necə daxil olduğu barədə rəsmi məlumat verilməyib.